“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun operatoru BP şirkəti profilaktika işləri ilə əlaqədar “Mərkəzi Azəri” platformasında hasilatı dayandırıb.
Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, platformanın işi aprelin 15-dən dayandırılıb. Profilaktika işləri iki həftə davam edəcək.
Bundan başqa, məlumat verilib ki, oktyabrın 15-dən “Qərbi Çıraq” platformasınını işini dayandırmaq planlaşdırılır. Burada da profilaktika işləri iki həftə davam edəcək.
Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. 2017-ci ilin sentyabrında müqavilənin müddəti 2050-ci ilədək artırılıb.