Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb -

Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, aprelin 15-də saat 9 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə paytaxt sakini Sona Binnətəliyevanı vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada aprelin 18-də orada ölüb.

Araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR