Mingəçevirdə 67 yaşlı qadını it dişləyib

Mingəçevirdə 67 yaşlı qadını it dişləyib
22:36 19 Aprel 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Mingəçevirdə qadını küçədə it dişləyib.

Trend-in məlumatına görə, hadisə Mingəçevir şəhəri, Günəşli bağ massivində baş verib.

Şəhər sakini, 1952-ci il təvəllüdlü Abdulkərimova Kifayət Qurbanəli qızı küçədə itin hücumuna məruz qalıb.

Nəticədə qadın hər iki ayağının baldır nayihəsi və sol əlindən xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3049311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR