Bu qurğu əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verir

Bu qurğu əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verir
07:38 20 Aprel 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliyada depressiyadan qurtulmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verən qurğu hazırlayıblar.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, Yeni Cənubi Uels Universitetinin (UNSW) alim və mühəndisləri tərəfindən əhval-ruhiyyəni yaxşılaşdırmağa və depressiyadan qurtulmağa imkan verən cihaz hazırlanıb.

"Bizim qurğumuz, hər şeydən əvvəl, depressiyada olan insanlara lazımdır. Qurğu depressiyada olan insan beynini onun normal vəziyyətinə geri qaytarır" – universitetin psixiatriya məktəbinin professoru Kolin Loo “ABC” televiziya kanalına deyib.

İstehsalçıların sözlərinə görə, yeni ixtira ilk növbədə ucqar regionların sakinləri üçün faydalı olacaq, çünki onlar psixi sağlamlığın pisləşməsinə görə heç də həmişə mütəxəssisə müraciət etmək imkanına malik olmurlar.

Artıq 34 nəfər yeni qurğunu sınaqdan keçirib və həmin şəxslər psixoloq və ya psixoterapevtlərin müşahidəsi altındadırlar.

Həkimlərin fikrincə sınaqların nəticəsi ümidvericidir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/276162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR