Şirvanda qəza, yaralı var - FOTO

Şirvanda qəza, yaralı var - FOTO
10:12 15 Yanvar 2015
205 Digər
Ölkə mətbuatı
A- A+

Şirvanda gecə saatlarında avtoqəza baş verib, sürücü yaralanıb.

APA-ya Şirvan Polis Şöbəsindən verilən məlumata görə, ötən gecə saat 22.00 radələrində Şirvan şəhərinin “Köhnə şəhər” yaşayış massivində Şirvan şəhər sakini, 1985-ci il təvəllüdlü Xankişiyev Natiq Həsən oğlu idarə etdiyi "VAZ 2106" markalı 18 BF 439 dövlət nömrə nişanlı avtomobillə sürətlə ötmə əməliyyatı zamanı Masalllı rayonu Musaküçə kənd sakini, 1990-cı il təvəllüdlü Qasımov Elçin Yaqut oğlunun idarə etdiyi DAF markalı 99 EJ 756 dövlət nömrə nişanlı avtomobil-treylerin qoşqusunun arxa təkərinə çırpılıb.
 
Nəticədə "VAZ 2106"nın sürücüsü yaralanaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Avtomobil isə tamamilə yararsız hala düşüb. Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR