Sulutəpədə it 4 yaşlı uşağın üzünü parçaladı (FOTO)

Sulutəpədə it 4 yaşlı uşağın üzünü parçaladı (FOTO)
23:15 21 Aprel 2019
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda it 4 yaşlı uşağın üzünü parçalayıb.

Trend-in Unikal.org-a istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Belə ki, 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini parçalayıb.

Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Hazırda müalicəsi davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3049977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR