İmanovlar ailəsi üçün sevindirici gün

Tanınmış bəstəkar Süleyman Ələsgərovun adına Bakıda küçə müəyyənləşdirilib.

Metbuat.az xəbər verir ki, əməkdar artist Tahir İmanov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə babası Süleyman Ələsgərovun adına küçə verilməsi təklifi ilə çıxış edib.

Görüşdən sonra ölkə başçısı onun təklifinə müsbət cavab verib və bu gün əmr imzalanıb.

Məsələ ilə bağlı Metbuat.az-a acıqlamasında Tahir İmanov ailəsi üçün çox önəmli bir gün olduğunu bildirib:

“Biz çox sevindik, ailəmiz üçün çox önəmli bir gündür. İlk növbədə ona görə ki, küçə Üzeyir Hacıbəyov adına Bakı musiqi Akademiyasının ətrafında yerləşir. Həmin küçəyə Süleyman Ələsgərovun adının verilməsi bizim üçün çox böyük əhəmiyyət kəsb edir, çünki bizim ailəmizin konservatoriyaya çox böyük bağlılığı var.1940-cı ildə babam Bakıya gələndə birbaşa konservatoriyaya gedib, Üzeyir Hacıbəyovla görüşüb. Suleyman Ələsgərov uzun müddət həmin ərazidə öz ailəsi ilə yaşayıb. Sözügedən ərazidə Bülbül adına orta ixtisas məktəbi də yerləşirdi və mənim anam, yəni, Süleyman Ələsgərovun qızı da orada təhsil alıb. Babam və nənəm də uzun illər orada dərs deyib və çalışıb. Bizim ailəmizin həmin əraziyə olan bağlılığı çox yüksəkdir və məhz orada yerləşən küçəyə Süleyman Ələsgərovun adının verilməsi bizim üçün çox əhəmiyyətlidir”.

Sevinc Kərimova // METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR