Tütün məmulatlarının istehsalında dövriyyə 7,4 dəfə artıb

2019-cu ilin 1-ci rübünün yekunlarına görə, aksizli malların istehsalına və dövriyyələrinə nəzarətin artırılması hesabına alkoqollu içkilərin istehsalında dövriyyə 1,7 dəfə, tütün məmulatlarının istehsalında isə dövriyyə 7,4 dəfə artıb.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, 2019-cu ilin 1-ci rübündə vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 7,4 milyon manat məbləğin ödətdirilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Vergilər Nazirliyi vergi nəzarətinin səmərəliliyinin artırıması məqsədilə vergidən yayınma hallarının müasir informasiya texnologiyaları vasitəsilə aşkar etməklə onların elektron qaydada idarə olunması, səyyar vergi yoxlamalarının risk meyarları əsasında təyin edilməsi, mövcud risklərin alqoritmlərlə daha dəqiq qiymətləndirilməsi və vergi potensialının effektiv dəyərləndirilməsini təmin edir.

2019-cu ilin 1-ci rübündə açılmış yoxlamaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 86,9%, başa çatdırılmış yoxlamaların sayı isə 75,2% azalsa da, yoxlamalarla hesablanmış əlavə vəsaitin məbləği cəmi 3,7% azalıb. Bir yoxlamaya düşən dövriyyənin məbləği isə əvvəlki dövrlə müqayisədə 47.7% artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR