Rusiya yeni müharibənin nəticəsini ELAN ETDİ: Planlaşdırılan hərbi əməliyyat...

Rusiya yeni müharibənin nəticəsini ELAN ETDİ: Planlaşdırılan hərbi əməliyyat...
21:28 22 Aprel 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Venesuelaya qarşı planlaşdırdığı hərbi əməliyyat Vaşinqtonun xeyrinə olmayacaq, çünki, qanuni seçilmiş prezident Nikolas Maduro venesuelalıları birləşdirəcək və Latın Amerikası ölkələrini ABŞ-a qarşı kökləyəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin bildirib.

Fomin qeyd edib ki, Venesuelada vəziyyət çox mürəkkəb olmaqda davam edir.

Qeyd edək ki, müxalifət lideri Xuan Quaydo yanvarda özünü Venesuelanın müvəqqəti prezidenti elan edib. Bundan dərhal sonra ABŞ, Kanada, Latın Amerikası ölkələrinin əksəriyyəti, bəzi Avropa İttifaqı ölkələri və başqa dövlətlər rəsmən onu müvəqqəti prezident kimi tanıyıblar.

Venesuela prezidenti Nikolas Maduronu Rusiya, Meksika, Kuba, Boliviya və Türkiyə dəstəkləyir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/276417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR