Sağlamlıq turizmi ilə bağlı fəaliyyət

"Turizm sahəsində dünya ölkələri ilə rəqabətdəyik və bu rəqabətdə öndə olmaq üçün yeni trendləri izləməliyik. Bu elə rəqabətdir ki, bunun üçün mübarizə aparılmalı və üstünlüklərimizi ortaya qoymalıyıq".

Metbuat.az-ın məlumatına görə, bunu Bakıda keçirilən 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyasında çıxışı zamanı Azərbaycan Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, Azərbaycanda ən yaxın vaxtda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planının qəbul olunması gözlənilir.

K.Qasımov bildirib ki, Azərbaycanın sağlamlıq turizmi ilə bağlı böyük imkanları və tarixi var. Bu isə ölkəmizdə sağlamlıq turizminin inkişafına və ölkəmizə bu məqsədlə daha çox turistin gəlməsinə şərait yaradır:

"Ölkəmizin böyük uğur əldə etmək üçün imkanları var, amma ölkədə sağlamlıq turizmi imkanlarını genişləndirmək üçün mövcud çatışmazlığı aradan qaldırmalıyıq".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR