Daşınar əmlakın yüklülüyü reyestri barədə

"Kreditlərin alınması indikatoru üzrə daşınar əmlakın yüklülüyü reyestri barədə müvafiq normativ hüquqi aktlara dəyişiklik edilib".

Metbuat.az-ın məlumatına görə, bunu "Doing Business 2020" islahatlarına dair mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, kiçik investorların maraqlarının qorunması və müflisləşmənin həlli indikatorları üzrə qanunvericiliyə dəyişikliklər edilib, vaxt normaları müəyyən edilib.

V.Qasımlı bildirib ki, ipoteka predmetinin açıq bazarda (hərracda) satılması ilə yanaşı, elektron qaydada keçirilən hərracda da satılması qanunvericilikdə təsbit edilib:

"Təkrar hərracın keçirilməsi üzrə gözlənilməli müddət həddi 45 gündən 20 günə azaldılmaqla, bu sahədə operativlik və səmərəlilik artırılıb".

Qeyd edək ki, Dünya Bankının hazırladığı “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb və ən islahatçı ölkə elan olunub.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR