Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri Moskvada “Rabitə” sərgisində iştirak edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri Moskvada “Rabitə” sərgisində iştirak edir
18:35 23 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində bu gün öz işinə başlayan “Svyaz-2019” 31-ci Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində iştirak edir.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini Zamin Nurəhmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə “Bakı Telefon Rabitəsi” MMC və “AzInTelecom” MMC-nin mütəxəssisləri daxildir. Nümayəndə heyəti sərgi çərçivəsində keçirilən forumda ölkəmizi təmsil edib, sərgiyə təşkil edilən VİP turda iştirak edərək sahə üzrə işgüzar münasibətlərin genişləndirilməsi üçün bir sıra görüşlər keçiriblər. Rusiyanın rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Oleq İvanovla ikitərəfli görüşdə informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkələrarası əməkdaşlıq müzakirə olunub.

 Aprelin 26-da başa çatacaq sərgidə Azərbaycanla yanaşı, 15 ölkədən – Belarus, Almaniya, İsrail, İran, İtaliya, Kipr, Çin, Koreya, Latviya, Niderland, Rusiya, Rumıniya, ABŞ, Finlandiya, Fransadan 392 şirkət iştirak edir.
 
Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, şəbəkə, telekommunikasiya və server avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur.

1975-ci ildən keçirilən "Svyaz" (Rabitə) sərgisi MDB və Şərqi Avropada telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir hesab edilir.

Sərgidə qabaqcıl nailiyyət və texnologiyalar nümayiş etdirilir, növbəti il üçün bazarın inkişaf perspektivləri müəyyənləşdirilir. Sərgi aktual məsələlərin müzakirəsi, sahə üzrə peşəkarların, tədarükçü və alıcıların ünsiyyəti üçün əlverişli müzakirə meydançası sayılır.
 
 






Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60316-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR