Rusiyadan gələn şəxsin çantasından dərman preparatı aşkar edilib

Rusiyadan gələn şəxsin çantasından dərman preparatı aşkar edilib
10:07 24 Aprel 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttində Rusiya istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 115 CDI" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. 
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Bu zaman nəqliyyat vasitəsinin yük yerindəki qara polietilen paketin içərisində "Tamoksifen 20 mq" markalı 300 ədəd dərman preparatının boş qutusu, avtomobilin alt hissəsindəki ehtiyat təkərin ortasında olan boşluqda isə "Tamoksifen 20 mq" markalı 11400 həb dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rusiyadan-gelen-sexsin-cantasindan-derman-preparati-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR