Xalq artisti Səməd Səmədov "5/5"də üzünə botoks etdirən kişi həmkarlarının bostanını daş-qalaq edib.
Mili.Az xəbər verir ki, müğənni həmin həmkarlarının adını açıqlamayıb.
Səməd bunun səbəbini "Hamımız bilirik onlar kimlərdir" ifadəsi ilə izah edib:

"Biz millətin qarşısına yax şı halda çıxmalıyıq. Hər şeyimiz öz yerində olmalıdır. Bəzi kişi müğənnilər var, üzlərinə botoks etdirir. Biz bilirik onlar kimlərdir. O saat o hiss edilir. Mənə dəfələrlə deyiblər ki, "Ay Səməd, gedək səni həkimə aparaq. Gözünün altına əl gəzdirsinlər". Deyirəm "Kişi bir balaca meymundan fərqli olmalıdır".
Məhəmməd Vaqif
Milli.Az