Moskvadan Türkiyəyə qarşı strateji hiylə? - Pentaqondan İDDİA

Moskvadan  Türkiyəyə qarşı strateji hiylə? - Pentaqondan İDDİA
19:28 26 Aprel 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasını Moskvanın Ankara ilə Qərb müttəfiqləri arasında uçurum yaratmağa hesablanmış “strateji hiyləsi” hesab edir.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Erik Pahon deyib.

“Gürcüstan, Ukrayna və Suriyadakı Rusiya aqressiyası Türkiyənin təhlükəsizliyini zəiflədib. Biz səmimiyyətlə ümid edirik ki, Türkiyə S-400-lərdən imtina edəcək, hava məkanının təhlükəsizliyini NATO texnikasına uyğun sistemlərlə təmin edəcək və F-35 proqramına qoyduğu investisiyaları saxlayacaq. Biz 70 il ərzində yaxşı və çətin məqamlarda Türkiyə ilə müttəfiqimiz kimi çalışmışıq və bu münasibətləri qoruyub saxlamaqda qərarlıyıq”, - Pahon bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/276894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR