Formula 1-də lyukla bağlı qəza piar baxımından bizim xeyrimizə oldu - Nigar Arpadarai

Formula 1-də lyukla bağlı qəza piar baxımından bizim xeyrimizə oldu - Nigar Arpadarai
14:42 27 Aprel 2019
75 İdman
Ölkə mətbuatı
A- A+

Ötən gün Formula 1 SOCAR Azərbaycan Qran Prisi Formula 1 üzrə ilk sərbəst yürüş zamanı bolidin drenaj(lyuk) qapağına ilişməsi ilə bağlı qəzanın baş verməsi əslində piar baxımından bizim xeyrimizə oldu. Xaricilər bunu çox yaxşı qarşıladı. Onlar deyir ki, Bakıdakı təkcə test yürüşü bütövlükdə Çin Qran prisindən daha maraqlı kecdi.

Milli.Az xəbər verir ki, bunu BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib. 

Onun sözlərinə görə, bu cür hadisələr digər ölkələrdə də baş verir: "Biz treki hazır vəziyyətə gətirib Beynəlxalq Avtomobil Federasiyasına (FIA) təhvil veririk. FIA-nın mütəxəssisləri treki yoxlayıb qərar verdikdən sonra yarış keçirilir. Oların icazəsi və qərarı olmadan heç bir yürüş keçirilə bilməz. Hadisəyə gəlincə, illərlə Formula 1 yarışları keçirilən ölkələrdə də bu cür hadisələr baş verir. Bizdə də bu cür hadisənin baş verməsi normaldır. Özü də bu hadisə yarış zamanı deyil, test yürüşündə baş verib. Başqa ölkələrdə isə bu hətta yarış zamanı olub".

Şöbə rəhbərinin sözlərin görə, bu hadisədən sonra Formula 1 Azərbaycan Qran prisində haqqında xarici mediada 5 mindən çox material yayılıb və hamısı da müsbət yönümlü olub. 

N.Arpadari əlavə edib ki, drenaj qapağının bolidə toxunması və daha sonra evakuatorla daşınması zamanı kranın körpüyə ilişməsi nəticəsində bolidə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcək.

İlkin İzzət
Milli.Az

 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/750271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR