Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
"Report" xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb.
Belə ki, Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşyan avtomobillə toqquşub. Hadisə nəticəsində sərnişin avtobusunun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.