Sumqayıtda zavodun köhnə anbarında yanğın olub - FOTO

Sumqayıtda zavodun köhnə anbarında yanğın olub - FOTO
17:19 28 Aprel 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

 
Bu gün Sumqayıtda yanğın olub.
 
ONA-nın yerli bürosunun məlumatına  görə, Aluminium zavodunun ərazisində ümumi  sahəsi 1500 kvadratmetr olan köhnə anbarda yanğın baş verib.
 
Anbarın içərisində olan  kimyəvi istehsalat və maqnezium qalıqları 150 kvadratmetr sahədə və digər sahədə yararsız taxta konstruksiyalar yanıb. Anbarın dam örtüyü və divar konstruksiyaları deformasiya uğrayaraq uçub.
Dərhal yanğın baş verən əraziyə 4 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub.
 
Yanğın  söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
 
Yanğın zamanı xəsarət alan olmayıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR