Smartfonlarınızın batareyalarını tam doldurmayın!”

Smartfonlarınızın batareyalarını tam doldurmayın!”
21:17 28 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Mail.Ru Hi-Tech texnoloji platformasının meneceri Dmitriy Ryabinin smartfonların batareyalarının tam boşalması qədər tam doldurulmasının da batareyanın ömrünü azaltdığını deyib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Ryabinin Sputnik-ə verdiyi açıqlamasında belə deyib: "Telefonun batareyasını tamamilə doldurmağın təhlükəli olması düşüncəsinin səbəbi, bir çox istifadəçinin batareyanın dolmasından sonra telefonu cərəyan mənbəyindən çıxarmamasıdır. Yəqin ki, siz də telefonunuzun batareyasının dolub dolmadığına nəzarət etmək və adapteri vaxtında cərəyan mənbəyindən çıxarmaq üçün baxmırsınız. Cərəyan mənbəyində qalan telefon batareyanın 100%-lik dolması nisbətini təmin etmək üçün doldurmağa davam edir. Bu halda da hələ də cərəyan üzərində olduğundan batareya isinməyə davam edir".

Telefonun batareyasının 90% ətrafında dolanda adapteri çıxarmanın ən doğru üsul olduğunu bildirən Ryabinin, bunun telefonlarda "sürətli doldurma" prinsipindən qaynaqlandığını qeyd edib. Ryabinin hesab edir ki, ilk yarım saat ərzində telefonun batareyası 70%-ə qədər dolur, bu səviyyədən sonra da batareyada soyumanın reallaşması üçün doldurma sürəti yavaşlayır.

O, telefonun batareyasını tez-tez doldurmağın da batareyanın ömrünü azaltdığını bildirib.

"Bu səbəbdən ən uyğun iş, gün ərzində telefonun enerjisini müəyyən bir səviyyədə qorumaqdır", -deyə o, bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/749571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR