Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Kayseri vilayətində futbolçuları daşıyan avtobus aşıb.

Trend-in məlumatına görə, avtobusdakı idmançıların hamısı "Alanyaspor" futbol klubunun üzvləri olub.

Qəza nəticəsində çexiyalı futbolçu Yosef Şural ölüb. 7 oyunçunun xəsarət aldığı deyilir.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Yaralı futbolçulardan 1 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin