Tovuzda çoban fermada göbələk yeyib öldü

Tovuzda çoban fermada göbələk yeyib öldü
12:05 30 Aprel 2019
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayon sakini göbələkdən zəhərlənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Tovuz rayonunun Əlmərdanlı kəndində baş verib.

Rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Hüseynov Yusif Məhəmməd oğlu Əlmərdanlı kəndində fermanın otlaq sahəsindən yabanı halda bitmiş göbələyi yığıb həmin fermanın həyətində yaşadığı 1 otaqlı evdə odun sobasının üstündə bişirərək yeyib.

Y. Hüseynov göbələyi yeyəndən bir neçə saat sonra mədəsində şiddətli ağrılar olduğunu bildirib və qəfil ölüb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/750898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR