Bu yay hər bir modapərəstin dəri vyetnamkası olmalıdır - FOTO

Bu yay hər bir modapərəstin dəri vyetnamkası olmalıdır - FOTO
07:18 1 May 2019
Ölkə mətbuatı
A- A+

Rezin başmaqların çox dəbli alternativi bu yay vyetnamkalar olacaq.

Publika.az məşhur “Vogue” moda jurnalına istinadən xəbər verir ki, son bir neçə isti mövsümdür blogerlər rezin vyetnamkaları ayaqlarından çıxartmır. Modapərəstlər onları həm cinslərlə, həm də sarafanlarla geyinir. Bu mövsüm isə vyetnamkaların dəri versiyaları dəbə minəcək. Vyetnamkaların ağ, karamel və süd rənglərinə üstünlük vermək daha çox tövsiyə olunur. Daş və qayalı ərazidə vyetnamkada gəzmək rahat deyil, lakin sahil boyu gəzinti üçün idealdır. Belə ayaqqabını sadəcə çimərlikdə deyil, ciddi ofis geyimləri və kostyumla birləşdirmək yolveriləndir.

Belə bir ayaqqabı ilə özünüzü sanki kurortda hiss edəcəksiniz, hətta iş qrafikindəki sıx görüşlər və ya ofis divarları bunun əksini xatırlatsa belə.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/277263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR