Dünyada ən çox oxunan Kitab Qurandır - Kim daha çox oxuyur?

Dünyada ən çox oxunan Kitab Qurandır - Kim daha çox oxuyur?
08:27 1 May 2019
Ölkə mətbuatı
A- A+

Dünyada ən çox kitab oxunan 10 ölkənin adı açıqlanıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu ölkələrdən 6-ı Asiyada, 4-ü isə Avropadadır. Siyahıya Hindistan liderlik edir. Bu ölkədə hər vətəndaş həfə ərzində 10 saatdan çox kitab oxuyur. Hindistandan sonra siyahıda Tayland və Çinin adı var.

Dəyərləndirmə zamanı insanların həftə ərzində oxumağa sərf etdikləri vaxt əsas götürülüb. Kitabdan əlavə, qəzet, jurnal kimi çap məhsulları da nəzərdə tutulub. Hindistanda orta hesabla bir vətəndaş həftə ərzində 10 saat 42 dəqiqə kitab oxuyur. Taylandda isə bu rəqəm 9 saat 24 dəqiqədir. Üçüncü yerdə qərarlaşan Çində isə çinlilər həftə ərzində 8 saat kitab oxumağa vaxt ayırırlar.

Dördüncü yerdə Filippin (7 saat 36 dəqiqə) sonra isə ardıcıl olaraq Misir (7 saat 30 dəqiqə), Çexiya (7 saat 24 dəqiqə), İsveç (7 saat 6 dəqiqə), Fransa (6 saat 54 dəqiqə), Macarıstan (6 saat 48 dəqiqə) və Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə) qərarlaşıb.

Oxunan kitablara gəldikdə isə, dünyada ən çox Müqəddəs Quran və İncil oxunur. Üçüncü yerdə isə Çin Xalq Respublikasının qurucu lideri Mao Tsezudunun bəyanatlarından ibarət "Sədr Maodan Seçmə sözlər" kitabıdır.

Migel Servantesin "Don Kixot" və Roulinqin "Harri Potter" əsərləri də dünyada ən çox oxunan kitablar siyahısındadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR