Azərbaycanlı qadın futbolçu İslandiya klubuna transfer oldu

Azərbaycanlı qadın futbolçu İslandiya klubuna transfer oldu
19:42 1 May 2019
101 İdman
Ölkə mətbuatı
A- A+

Qadınlardan ibarət Azərbaycan millisinin qapıçısı Aytac Şərifova yenidən legioner həyatı yaşamağa başlayıb. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Uğur Sumqayıt" klubunun üzvü karyerasını İslandiyada davam etdirir.

Belə ki, 22 yaşlı qolkiper İslandiyanın ən köklü komandalarından olan "Keflavik"lə anlaşıb. O, yeni komandası ilə 6 aylıq müqavilə imzalayıb. Şərifova artıq bu klubun heyətindədi.

Qeyd edək ki, Aytac Şərifova millimizin ötən aydakı toplanışına da dəvət almışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/751387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR