Ön kamera istifadəçilər üçün mühüm əhəmiyyət kəsb etmir

Ön kamera istifadəçilər üçün mühüm əhəmiyyət kəsb etmir
07:32 2 May 2019
Ölkə mətbuatı
A- A+

"GSMArena" resursu tərəfindən oxucular arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, smartfon istifadəçiləri üçün əsas kamera ön kameradan daha vacibdir. Rəyi soruşulanların 92%-i əsas kameraya önəm verir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, lakin resursun məlumatına görə, insanlar ön kameradan tamamilə imtina etməyə hazır deyillər. Əksər istifadəçilər ön kameradan videozənglər, bəzi istifadəçilər isə smartfonun sifət vasitəsilə blokdan çıxarılması üçün istifadə edirlər. Bəzi istifadəçilər isə ön kameradan təyinatı üzrə (selfi) istifadə edirlər.

Sorğunun tərtibçiləri belə qənaətə gəliblər ki, smartfon istehsalçıları videonun çəkiliş keyfiyyətini yüksəltməyə önəm verməlidirlər, çünki istifadəçilər ön kameradan daha çox videozənglər üçün istifadə edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/751040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR