Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Heydər Əliyev Sarayında Ümummilli Liderin anadan olmasının 92-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxış edərək Ulu Öndərin milli mədəniyyətimizin inkişafı istiqamətində əvəzsiz xidmətlərindən, bu sahədə çalışan insanlara qayğısından söhbət açıb.
Bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hər sahədə olduğu kimi, ölkənin mədəni həyatında da böyük işlər görülüb. Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda musiqi, teatr, kino sənəti inkişaf edib. Ulu Öndər milli-mənəvi dəyərlərin qorunması və təbliği üçün misilsiz xidmətlər göstərib.
Tədbirdə digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyətinin keçdiyi tarixi inkişaf yolundan bəhs ediblər. Ulu Öndərin hər zaman yüksək əzmkarlıq və fədakarlıqla mədəniyyətimizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən danışıblar.
Ulu Öndər milli-mənəvi dəyərlərin qorunması və təbliği üçün misilsiz xidmətlər göstərib