İsrail “Anadolu” agentliyinin ofisini

İsrail ordusunun Qəzzaya hücumu nəticəsində "Anadolu" informasiya agentliyinin oradakı ofisinə 5 raket atılıb. Nəticədə bina tamamilə dağılıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Agentliyin İdarə heyətinin sədri Şenol Kazancıya zəng edərək hadisə barədə məlumat alıb. Ərdoğan İsrailin hücumunu sərt şəkildə qınadığını bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə “Twitter” səhifəsində yazıb ki, İsrailin bölgəyə zərbələr endirməsi burada yaranmış gərginliyin bariz nümunəsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR