“Bakı Metropoliteni” QSC daha bir sərgi reallaşdırır

13:15 6 May 2019
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

“Bakı Metropoliteni” QSC “Bakcell” şirkətinin dəstəyi ilə “Gənclik” stansiyasının keçidlərində 9 May – faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi təşkil edəcək.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, sərginin açılışı may ayının 7-də saat 11:00-da olacaq.

Tədbirdə “Bakı Metropoliteni” QSC-nin, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və “Bakcell”in rəsmi nümayəndələri, həmçinin Böyük Vətən müharibəsi cəbhələrində döyüşmüş veteranlarımız da iştirak edəcək.

Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş canlı əfsanələr - azərbaycanlı veteranlarımızın fotolarından ibarət tablolar nümayiş olunacaq.

Bununla yanaşı, Böyük Vətən müharibəsində Azərbaycanın rolu barədə maraqlı, diqqətçəkən məlumatların verildiyi stendlər də sərgilənəcək.
Smartfon və ya planşetlərə “QR-Code” proqramı yükləyən tamaşaçılar veteranların foto şəkilləri ilə virtual şəkildə də tanış ola bilərlər.

Qeyd edək ki, buna qədər “Bakı Metropoliteni” QSC-nin “MetroGallery” layihəsi çərçivəsində keçirdiyi sosial layihələr sırasında “Dünya rəssamları”, talassemiyalı uşaqlara yardım məqsədi ilə uşaqların rəsm əsərləri, Azərbaycan kinofilmlərinin çəkilişində lentə alınmış fotolardan və Azərbaycanda gəmiçilik tarixinin 160 illiyini əks etdirən fotolardan ibarət, “Azərbaycanın görkəmli rəssamları” sərgilər metropolitenin “Nəriman Nərimanov” və “Gənclik” stansiyalarının keçidlərində nümayiş olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3057823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR