Horadizdə su və kanalizasiya sistemlərinin qurulmasına 6 milyon manat ayrılıb

Horadizdə su və kanalizasiya sistemlərinin qurulmasına 6 milyon manat ayrılıb
17:07 6 May 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncamla Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması işlərinin görülməsi məqsədilə Prezidentin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/su-ve-kanalizasiya-sistemlerinin-qurulmasina-6-milyon-manat-ayrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR