Kəsdikləri insan başı ilə futbol oynadılar və ...

Rusiyada kəsdikləri insan başı ilə futbol oynayan iki şəxs məhkəməyə çıxarılıb və sadəcə 12 il həbs cəzası verilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ötən avqust ayında baş verən hadisədə iki şəxs 36 yaşındaki Oleg Tyulkinin başını kəsib sonra isə bədənini hissələrə ayıraraq vəhşicəsinə öldürüblər.

Gecə törətdikləri cinayətin şəkilini çəkib dostlarına göndərən qatillər səhər kəsdikləri insan başı ilə futbol oynayıblar.

Ərazidə olan uşaqlar bunu valideynlərinə xəbər verib və həmin şəxslər polis tərəfindən saxlanılıb.

Qatillər dindirilmə zamanı narkotikin təsiri altında olarkən cinayət işlədiklərini və xatırlamadıqlarını bildiriblər.

Məhkəmə cinayəti işləyənlər haqqında 12 il həbs qərarı verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR