Zərif: Yaxın Şərqdə hamı ABŞ-a nifrət edir

Zərif: Yaxın Şərqdə hamı ABŞ-a nifrət edir
17:15 7 May 2019
102 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ Yaxın Şərqdə özünü təhlükəsizlikdə hiss etmir, region əhalisi onlardan nifrət edir.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, İranın ünvanına ittihamlar səsləndirməklə ABŞ bu hissləri dəyişə bilməyəcək:

“Müxtəlif “İran təhdidlərindən” tutmuş dənizdə hərəkətlərədək, əgər ABŞ və onun müttəfiqləri özünü narahat hiss edirsə, bu ona görədir ki, region xalqları onlardan nifrət edir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3058658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR