"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd edilir ki, cəsədləri Koauila ştatı Baş Prokurorluğunun ekspertləri aşkarlayıblar. Monklova Beynəlxalq Aeroportunun rəhbəri Migel Vilyarreal bildirib ki, ölənlərin qohumları cəsədləri aparmaq üçün hava limanı ərazisinə toplaşıblar.
"Bombardier Challenger 601" Amerikanın Las-Veqas şəhərindən Meksikanın Monterre ştatına uçurmuş. Qəzaya uğrayan təyyarədə 13 nəfər olub və onların hamısı həlak olub. Təyyarə Koauila ştatının Okampo bələdiyyəsinin çətin keçilən dağlıq ərazisinə düşüb.