İngiltərə kraliçası 2-ci Elizabetin nəvəsi və taxtın 6-cı varisi şahzadə Harry ilə həyat yoldaşı Meghan Markl 6 may tarixində dünyaya gələn oğlan uşaqlarının fotosunu ictimaiyyətlə paylaşıb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, kral ailəsi ailənin yeni üzvünün 3.2 kiloqram ağırlıqda olduğunu, amma adının nə olduğunun hələ qərarlaşdırmadıqlarını açıqlayıb. Körpə atası şahzadə Harrydən sonra İngiltərə taxtının 7-ci varisi olub.
Cütlük keçən ilin may ayında paytaxt Londonun qərbindəki Vindsor şəhərində evlənmişdi.




https://metbuat.az/news/1183890/bu-usullarla-ramazanda-cekinizi.html