Mourinyo "Barselona"nın futbolçularını ələ saldı, Kloppu təriflədi

Mourinyo "Barselona"nın futbolçularını ələ saldı, Kloppu təriflədi
18:17 8 May 2019
142 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo "Liverpul" - "Barselona" oyunu (4:0) ilə bağlı fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqal mütəxəssis belə nəticə gözləmədiyini etiraf edib: "Açığı, belə hesabı gözləmirdim. Digər tərəfdən də mümkünsüzün reallaşacağı yerlərdən birinin "Enfild" olduğunu düşüncəsindəydim. Mənə görə bu geri dönüşün adı Kloppdur. Bu, sadəcə taktika və fəlsəfə ilə izah olunacaq durum deyil. Heç vaz kemədilər və mübariz ruhlarını ortaya qoydular. Avropa çempionu olmağa layiqdirlər. Mənə qalsa, bu kubok Kloppun haqqıdır. Klopp möhtəşəm xarakteri və mentaliteti ilə bu uğurun memarıdır".

Mourinyo "Liverpul"un vurduğu 4-cü qol barədə danışarkən "Barselona"nın futbolçularını ələ salıb:

"Əgər bu qol U114 və ya U-15-in oyununda vurulsaydı, onda biz belə deyə bilərdik: "Yəqin ki, uşaqlar yuxulayıblar, ya da onlarda futbol oynamaq üçün xarakter çatmır. Ona görə də biz bu uşaqlara futbolun mahiyyətini öyrətməliyik". Ancaq biz dünyanın ən yaxşı futbolçularının buraxdığı qoldan danışırıq axı. Belə qolun buraxılmasına bəraət qazandırmaq çox çətindir. Buna Valverdenin münasibətini eşitmək istərdim".

Valverde isə həmin epizodu şərh eərkən, həmin an nə olduğunu anlaya bilmədiyini deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/753341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR