Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı olacaq

Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı olacaq
19:54 8 May 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanı keçiriləcək.
 
Lent.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, sınaq imtahanına qeydiyyat prosesi davam edir.
 
Sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
 
"Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək", - deyə TN-nin məlumatında bildirilir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR