Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsi: vəziyyət nə yerdədir?

Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannaməsi: vəziyyət nə yerdədir?
13:22 15 Yanvar 2015
153 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannamələrinin təqdim edilməsi ilə bağlı sənədin qəbulu ilə əlaqədar heç bir yenilik yoxdur.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal Hüseynov bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2014-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O, hələlik gəlir bəyannaməsinin formasının qəbulu ilə bağlı heç bir yeni məlumat verə bilməyəcəyini təəssüflə qeyd edib: "Azərbaycanda gəlir bəyannaməsi ilə bağlı status-kvo dəyişməyib".

Qeyd edək ki, hələ 2 il öncə bildirilmişdi ki, Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannamələri təqdim etməsi ilə bağlı məsələ müzakirə olunur və bununla əlaqədar təkmil mexanizm hazırlanacaq. Lakin bəzi həssas məqamlar üzündən hələlik gəlir bəyannaməsinin formasının qəbulu ilə bağlı müəyyən ləngimələr var.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR