[ 07 May 2015 11:07 ]


Bakı-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) 2015-ci ilin aprel ayında qa­çaq­mal­çılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni döv­riy­yə­sinə qar­şı həyata keçirdiyi tədbirlər nəticəsində dövlət sərhədini pozduqları üçün 28 halda 38 nəfər saxla­nılıb.

DSX mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, on­ların 24 nəfəri Azərbaycan, 6 nəfəri İran, 3 nəfəri, 2 nəfəri Rusiya, hər ölkədən bir nəfər olmaqla Tacikistan, Gürcüstan və Uk­rayna vətəndaşıdır.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər də­ni­zin­də 12 halda 21 nəfər saxlanılaraq, barələrində müvafiq tədbir görülüb.

Ay ərzində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 244 nəfər aşkarlanaraq aidiy­yə­ti orqanlara təhvil verilib. 20 halda 27 kiloqram 276,8 qram narkotik maddənin dövlət sərhədindən keçi­ril­­məsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan dörd cinayətkar dəstə zə­rər­siz­ləşdirilib, dəstə üzvlərindən səkkiz nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq ba­rələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-ax­tarış və istintaq tədbirləri davam etdirilir.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata ke­çi­ril­miş təd­bir­lər nəticəsində 60 halda ümumi dəyəri təqribən 551 min manat olan qaçaq­ma­lın, o cüm­lədən 2 ədəd 9 milli metrlik patron, 1 ədəd beş­bar­maq, 1 ədəd bıçaq, 1 ədəd optik ni­şangah, 3.700 ABŞ dolları, 270.000 RF rub­lu, 11.000 AR manatı, 539.000 İİR rialı, 21 baş iri buynuzlu hey­van, 3 baş at, 2 ədəd zinət əşyası, 3285 qutu siqaret, 13 ədəd mo­bil telefon, 180 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 2500 metr tor, 4 ədəd qayıq, 1 ədəd mühərrik, 4000 ədəd qarmaq, 15716 ədəd müxtəlif dərman pre­pa­rat­­ları, 3000 ədəd dini kitab və digər istehlak malları saxlanılıb.