Qazax, 7 may, AZƏRTAC
Qazaxda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Gül bayramına və “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin qarşılanma mərasiminə hazırlıq işləri görülür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Heydər Əliyev adına parkda, Heydər Əliyev prospektində, digər küçə və meydanlarda yeni gül kollarının əkilməsi, gül dəstələrindən ibarət milli bəzək nümunlərinin yaradılması işləri aparılır. Bir neçə gün ərzində 30 minə yaxın yeni gül kolu əkilib.
Bundan başqa, rayon mərkəzində məşəlin keçəcəyi küçələrdə yenidənqurma, təmir və abadlıq işlərinə başlanılıb. Şəhərin Heydər Əliyev prospektində, Azadlıq, Vaqif, Bakı, N.Nərimanov, Ə.Şıxlinski və digər küçələrində evlərin dam örtüklərinin yenilənməsi, hasar və divarların rənglənməsi, küçələrdəki yaşıllıq zolaqlarına yeni bəzək və gül kollarının əkilməsi işləri sürətlə aparılır.