Rusiyada ət kombinatında güclü partlayış: xeyli yaralı var

Rusiyada ət kombinatında güclü partlayış: xeyli yaralı var
15:05 15 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtının “Novaya Moskva” rayonunda partlayış baş verib.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rudnevo kəndində yerləşən “Snejana” ət kombinatında baş verən partlayışdan sonra güclü yanğın meydana gəlib.
 
Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə nəticəsində dağıntı ərazisi 1,2 min kvadrat metr sahəni əhatə edib.
 
Hadisə zamanı 12 nəfər xəsarət alıb, onlardan 5-nin ciddi yanıq xəsarətləri aldığı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR