Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, fotonu Sneyderin ilk evliliyindən olan 9 yaşlı oğlu Cessi paylaşıb.
Hamilə olduğu üçün mediadan və sosial şəbəkədən uzaq qalan Yolantenin uzun müddətdən sonra ilk fotosunda Sneyder və Cessi də yer alıb.
Bu arada Uesli özü kimi futbolçu olmaq istəyən Cessi üçün "O, qardaş olmaq və qardaşı ilə oynamaq üçün səbirsizlənir" şərhini verib.
