Onları “kafir itlər” alandırdılar (VİDEO)

Onları “kafir itlər” alandırdılar (VİDEO)
16:21 15 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda sekuylar baxışlı qəzetin Fransanın “Charli Hebdo” qəzetinin son buraxılışından bəzi karikaturaları dərc etməsi, bir çox müsəlmanların etirazı ilə qarşılanıb.

ANS TV-nin məlumatına görə, 50-ə yaxın insan “Cumhuriyyət” qəzetinin redaksiyasına yürüş edərək, karikaturaları dərc edən qəzet əməkdaşlarını “kafir itlər” adlandırıb. Müxtəlif şüarları səsləndirən etirazçilar bunun qisasını alacaqları ilə bağlı hədələr səsləndiriblər.

“Cumhuriyyət” qəzetinin son nəşrində “Charli Hebdo” ya aid bir çox məqalə və rəsmləri o cümlədən Roma Papası Fransiskin və Fransa prezidenti Fransua Olandın karikaturalarını yayımlayıb. Habelə qəzetin 2 köşə yazarı- məqalələrin girişinə “Charli Hebdo” qəzetinin üz səhifəsinin kiçik formal ağ-qara şəklini yerləşdirib.

Türkiyə höküməti “Charli Hebdo” qəzetinin Həzrəti Məhəmmədin karikaturasını göstərən internet saytlarına blok qoyub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR