Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “5/5” verilişində deyib:
“Könül Kərimovanı parodiya etdim. Veriliş bitməmiş mənə zəng etdi. Telefonum susmurdu, mən də onu “blok”a atdım. Sonra mənə qarğış mesajı yazdı. Hamıyla düşmən olmuşam. Bir müğənni də verilişdə qeybətimi edib. İnstaqramda yalançı profillər açıb, sosial şəbəkədə mənə təhqirlər yazırlar”.
X.Əliyeva daha sonra müğənni Xumar Qədimovanı, Sevda Yahyayevanı, Könül Kərimovanı, Elariz Məmmədoğlunu parodiya edib.