ANS PRESS-in məlumatına görə, o, tələbələrin suallarını cavablandırıb və təcrübəsini paylaşıb. Görüşdə layihə rəhbəri Könül Niftəliyeva, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, professor Şirməmməd Hüseynov, ictimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli və jurnalistika fakültəsi tələbələri iştirak ediblər.
Qeyd edək ki, "Tələbədən tələbəyə" layihəsi BDU jurnalistika fakültəsinin tələbələri tərəfindən həyata keçirilir. Layihə ərzində praktikası olan yuxarı kurs tələbələri öz biliklərini aşağı kurslarla bölüşür.


MənbəANS PRESS