Bakı, 8 may, AZƏRTAC
İtaliyanın paytaxtı Romanın “Fiumicino” hava limanı terminallardan birində baş verən yanğından sonra tədricən işini bərpa edir.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, yanğından sonra reyslərin təxminən yarısı ləğv olunub və minlərlə sərnişin biletlərini dəyişmək məcburiyyətində qalıb.
Beynəlxalq aeroportun üçüncü terminalında yanğın mayın 7-nə keçən gecə baş verib. Yanğın söndürüldükdən sonra hava limanının rəhbərliyi sərnişinlərə yardım etmək üçün 400 əməkdaş ayırıb. Görülən bütün tədbirlərə baxmayaraq, “Fiumicino”da xaos davam edir.