London, 10 may, AZƏRTAC
Avropa Azərbaycan Cəmiyyəti və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin birgə təşəbbüsü ilə İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 70-ci ildönümündə müharibənin azərbaycanlı qurbanlarının xatirəsi ehtiramla yad edilib.
Səfir Tahir Tağızadə ölkəmizin Britaniyadakı hərbi attaşesi Vüqar Əhmədov, britaniyalı deputat Lord Kilkloney və Avropa Azərbaycan Cəmiyyətinin təmsilçiləri Cek Peqoraro, Orxan Amaşov ilə birgə Londonun “İmperial War” muzeyinin həyətində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidənin önünə əklil qoyublar.
Azərbaycandan 6 minə yaxın həmvətənimizin orduya çağırıldığı və faşizm üzərində qələbədə böyük rol oynadıqları xatırlanıb.Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London