Futbol üzrə İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunları davam edir.
ANS PRESS-in məlumatına görə, növbəti oyun günündə daha 2 qarşılaşma nəzərdə tutulub.
Madriddə baş tutan əzəli rəqiblər üz-üzə gəlib. Paytaxtın “Real” və “Atletiko” klubları “Santyaqo Bernabeu”da qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə başa çatıb. Bu nəticə “Atletiko”nu 1/4 finala çıxarıb. Komandalar arasında keçirilən ilk oyunda isə "Atletiko" 2:0 hesablı qələbə qazanmışdı.
Digər görüşdə isə “Barselona” “Elçe”nin qonağı olub. Kataloniya klubu cütün taleyini demək olar ki, ilk görüşdə həll edib. Rəqibini 5:0 hesabı ilə darmadağın edən "Barsa" yalnız möcüzə sayəsində mübarizəni dayandıra bilərdi. Lakin bu oyunda da barsalılar rəqibinə aman verməyiblər – 0:4.
İspaniya Kral Kuboku, 1/8 finalın cavab oyunları:
Real - Atletiko 2:2 (ilk oyun 0:2)
Qollar: Torres, 1; 46 – Ramos, 20. Ronaldo, 54.
“Elçe” - “Barselona” - 0:4
Qollar: Matyeu, 21, Roberto, 40, Pedro, 43-pen, Adriano, 90+2
(İlk oyun - 0:5)