“Bakı 2015”in rəsmisi: “I Avropa Oyunları dövrü üçün nəqliyyat planı hazırlanıb”

“Bakı 2015”in rəsmisi: “I Avropa Oyunları dövrü üçün nəqliyyat planı hazırlanıb”
22:14 10 May 2015
130 Sosial
Ölkə mətbuatı
A- A+

 “I Avropa Oyunları zamanı nəqliyyat sisteminin təhlükəsiz, rahat, səmərəli hərəkətini, həmçinin paytaxt sakinlərinin rahatlığına təsirin daha az olmasını təmin edəcək hərtərəfli nəqliyyat planı hazırlanıb”.

 

 

APA-nın xəbərinə görə, bunu “Bakı 2015”in İdman Şöbəsinin direktoru Pirs O’Kallaqan deyib.

 

O bildirib ki, Oyunların təşkilat komitəsi bununla bağlı Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq edib.

 

Pirs O’Kallaqan son günlər Azərbaycanda keçirilmiş  IV “Tour d’Azerbaijan” yarışının qalibi təbrik edib və Azərbaycanın növbəti dünya səviyyəli tədbirə ev sahibliyini yüksək qiymətləndirib: “Bu cür idman tədbirləri zamanı bəzi yollarda hərəkətin məhdudlaşdırılması qaçılmaz olsa da, biz bu yeni yarış dövrəsinin Bakı sakinlərinin rahatlığına təsirini minimuma endirmək üçün Federasiya ilə yaxından çalışdıq və şəhərə “nəfəs almağa” imkan verdik. Biz, hər şeyin plana uyğun getdiyini və küçələrdə insanların bu cür maraqlı yarışdan zövq almasına şərait yaratmasından məmnun qaldıq”.

 

 

Pirs O’Kallaqan  onu da qeyd edib ki, turun son mərhələsi üçün istifadə olunan dövrə, Avropa Oyunlarının şosse yarışları zamanı da velosipedçilər tərəfindən istifadə olunacaq.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/202251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR