Bakı, 11 may, AZƏRTAC
Moody’s Beynəlxalq Reytinq Agentliyi “Bank of Baku”nun ümumi reytinqini stabil B1 səviyyəsində saxlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, devalvasiyadan sonra ölkəmizin bir sıra banklarına verilən reytinqlərdə dəyişiklik olsa da, “Bank of Baku” öz reytinqini saxlaya bilib. Moody’sin qənaətinə görə, reytinqin eyni saxlanmasına təsir edən əsas faktorlar “Bank of Baku” ASC-nin bazarda fəaliyyət göstərən eyni dərəcəli rəqib banklarla müqayisədə daha keyfiyyətli aktivlərə malik olması, gəlirlilik səviyyəsi və mümkün ola biləcək itkilərin qarşılanması üçün güclü kapitallaşma səviyyəsinə sahib olmasıdır.