ABŞ-ın Ohayo ştatında baş verən atışma nəticəsində ən azı 1 nəfər ölüb, 4 nəfər yaralanıb

ABŞ-ın Ohayo ştatında baş verən atışma nəticəsində ən azı 1 nəfər ölüb, 4 nəfər yaralanıb
12:33 11 May 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 11 may, AZƏRTAC
ABŞ-ın Ohayo ştatında baş verən atışma nəticəsində ən azı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident Klivlend şəhərində baş verib. Naməlum şəxs atəş açaraq 5 nəfəri yaralayıb. Zərərçəkənlər tibb mərkəzinə yerləşdiriliblər. Onlardan 3 nəfərin, o cümlədən hamilə qadının vəziyyətinin kritik olduğu bildirilir. Daha bir qadın qolundan yaralanıb, vəziyyəti stabildir. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır. İnsidentin səbəbləri və atəş açanın şəxsiyyəti məlum deyil.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_in_Ohayo_statinda_bas_veren_atisma_neticesinde_en_azi_1_nefer_olub_4_nefer_yaralanib-854074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR