Arif Hacılını təsdiqlədilər

Arif Hacılını təsdiqlədilər
11:12 16 Yanvar 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyi Müsavat Partiyasının VIII qurultayının sənədlərini təsdiqlədi
Azərbaycan Ədliyyə Nazirliyi Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayının sənədlərini təsdiqləyib.

Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. O bildirib ki, Ədliyyə Nazirliyi partiyanın VIII qurultayının nəticələrini qeydə alıb.

Xatırladaq ki, Müsavat Partiyasının qurultayında Arif Hacılı partiyanın başqanı seçilib. Lakin digər namizəd - Qubad İbadoğlu və onun tərəfdarları qurultaydan əvvəl və qurultayın gedişində pozuntulara yol verildiyini bildirərək nəticələri tanımayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR